Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsəd qalib gəlib - VİDEO

Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsəd qalib gəlib - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 22:28 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ölkə parlamentinin spikeri Məhəmməd əl-Laxam bəyan edib.

Seçkilərdə 11,6 milyon nəfər iştirak edib, seçici fəallığı 73,4% təşkil edib.

ABŞ, Avropa Birliyi seçkiləri qeyri-legitim sayırlar, Rusiyadan olan müşahidəçilər isə seçkilərdə pozuntuların olmadığını bəyan ediblər.

Hazırki prezidenti Bəşər Əsəd ilə prezident postu uğrunda 45 yaşlı solçu deputat Mahir Abdul və 54 yaşlı sabiq nazir, iş adamı Həsən ən-Nuri mübarizə aparıblar.

Qeyd edək ki, 2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR