Xaçmazda “KamAZ”, traktor və “Moskviç” toqquşub, ölənlər və yaralananlar var - SİYAHI - YENİLƏNİB - VİDEO

Xaçmazda “KamAZ”, traktor və “Moskviç” toqquşub, ölənlər və yaralananlar var - <span style="color: red;">SİYAHI - YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 07:04 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada dünyasını dəyişənlər “Moskviç”in sürücüsü Yaşar Kərimov və sərnişini Əlisman Musayevdir.

***

saat 00:36

Xaçmaz. Vəli Turan – APA. Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük maşını traktorla toqquşub, traktor isə “Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində iki nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar -1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır.

Hələlik qəzada ölənlərin adlarını dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR