Qubada 38 yaşlı kişi bıçaqlanıb - VİDEO

Qubada 38 yaşlı kişi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 11 fevral 2014 06:39 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Talabıqışlaq kənd sakini Süleymanov Bəhruz Faiq oğlu bıçaqlanıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxsə döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin sabit-ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsindən bildiriblər ki, hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi məlum deyil.

Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR