Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə rəhbəri: “Çoxumuz evdən bayıra çıxmağa ehtiyat edirik” - FOTO

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə rəhbəri: “Çoxumuz evdən bayıra çıxmağa ehtiyat edirik” - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 09:44 (UTC +04:00)

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə rəhbəri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, Ş. Məmmədov özünümüdafiə məqsədilə qarşı tərəfə açdığı atəşlə ölümə səbəb olduğu üçün hadisədən dərhal sonra saxlanılsa da, onun evinə basqın edənlər hələ də yaxalanmayıb.

R. Uğurluyev deyib ki, hazırda Ukraynada davam edən siyasi-inzibati xaos vilayət hüquq-mühafizə orqanlarının fəaliyyətinə də təsir edib və dəqiq heç bir məlumat almaq olmur: “Hazırda Şahin Məmmədovla bağlı istintaq getdiyi deyilir, amma dəqiq məlumat verən yoxdur. Bizdə olan məlumata görə, hadisədən bir neçə gün sonra basqınçılardan ikisi saxlanılıb və nədənsə zaminə buraxılıblar”.

R. Uğurluyev qeyd edib ki, istər Ş. Məmmədov, istərsə də ondan sonra azərbaycanlılarla bağlı baş verən kriminal hadisələrdən sonra bu vilayətdə gəlmələrə münasibət pisləşib: “Çoxumuz ümumiyyətlə, evdən bayıra çıxmağa ehtiyat edirik”.

Diaspor rəhbəri Luqansk vilayətinə oxumağa gələn azərbaycanlı gəncləri də qınayıb: “Bura oxumağa gələn gənclərimizin bir çoxu özlərini yaxşı aparmırlar. Yerli əhali ilə tez-tez mübahisə yaradırlar ki, bu da yerli irqçi gənclərin gəlmələrə qarşı aqressiyasına səbəb olur”.

Qeyd edək ki, noyabrın 16-da axşam Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Şahin Məmmədovun evinə maskalı şəxslər tərəfindən basqın olub. Ş. Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb. Həmin gün R. Uğurluyevin evinə yerli milis xüsusi təyinatlıları gəlib və axtarış aparılıb, onun özünü isə həmin gecə milis idarəsində saxlayıblar.

Qeyd edək ki, Luqansk Rusiyameylli əhalinin yaşadığı şərq vilayətlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR