Bakıda 2 nəfərin ölümünə səbəb olan söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı həbs edilib - VİDEO

Bakıda 2 nəfərin ölümünə səbəb olan söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı həbs edilib - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 16:49 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı şəhər Prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR