Həsən Ruhani: “İran “altılıq” ölkələri ilə razılığa gəlib, sanksiyalar qaldırılacaq”

Həsən Ruhani: “İran “altılıq” ölkələri ilə razılığa gəlib, sanksiyalar qaldırılacaq”
# 14 iyun 2014 09:36 (UTC +04:00)

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.

H. Ruhaninin sözlərinə görə, İrana münasibətdə tətbiq olunan sanksiyaların isə istənilən şərtlər daxilində əldə olunacaq razılaşmada aradan qaldırılacağı barədə ortaq məxrəcə gəlinib.

Qeyd edək ki, İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyaların aradan qaldırılması qarşılığında İran nüvə proqramında hərbi komponentin olmayacağına təminat verən hərtərəfli razılaşmanın 2014-cü il iyulun 20-dək hazırlanması barədə 2013-cü ilin noyabrında Cenevrədə razılıq əldə olunub.

İran prezidenti bu razılaşmanın həyata keçməsi üçün mümkün olan bütün addımların atılacağını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR