Bərdədə “Asan Xidmət” Mərkəzi üçün bina inşa olunur

Bərdədə “Asan Xidmət” Mərkəzi üçün bina inşa olunur
# 15 mart 2014 16:23 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda “Asan Xidmət” Mərkəzi üçün yeni binanın inşasına başlanıb. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev APA-nın Qarabağ bürosuna bildirib ki, 18 rayonun əhalisinə xidmət göstərəcək mərkəzdə 120 nəfər çalışacaq. Tikinti işlərinin 2014-cü ilin sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulur. Mərkəzin ümumi sahəsi 1 hektarı əhatə edir. Layihəyə əsasən bina dördmərtəbəlidir və ətrafda yardımçı tikililərin inşası da planlaşdırılır.

Bundan əlavə Bərdə şəhərini iki hissəyə ayıran Tərtər çayı boyunca uzunluğu 800 metr, eni isə ümumilikdə 100 metrdən çox olan istirahət parkı da salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR