Məşhur aktyor dünyasını dəyişib

Məşhur aktyor dünyasını dəyişib
# 07 aprel 2014 10:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Məşhur amerikalı aktyor Miki Runi uzun sürən xəstəlikdən sonra 93 yaşında dünyasını dəyişib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi Hollivuddakı evində ölüb.

O, 80 illik sənət həyatında çoxlu sayda səssiz filmdə, teatr və televiziya tamaşasında rol alıb.

Miki Runi iki dəfə Oskar mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR