Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd edilib - FOTO

Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd edilib - <span style="color: red;">FOTO
# 03 fevral 2014 08:40 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdən əvvəl teatrın foyesində M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi təşkil edilib.

Yubiley mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı, professoru Şirməmməd Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov M.Ə.Rəsulzadənin fəaliyyətinin əhəmiyyətindən, onun siyasi publisistikasının ictimai fikir tariximizdəki rolundan danışıblar.

Yubiley mərasimində M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ölkə başçısına minnətdarlığını bildirib.

Mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və digər incəsənət ustalarının ifasında bədii-musiqili kompozisiya ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR