Çin iyun ayında İrandan 400 min barel xam neft idxal edib

 Çin iyun ayında İrandan 400 min barel xam neft idxal edib
# 23 iyul 2013 15:19 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Çin bu ilin iyun ayında İrandan 400 min barel xam neft idxal edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 39% azalma deməkdir. Çin Gömrük Təşkilatının yaydığı xəbərdə həmçinin bildirilir ki, rəsmi Pekinin bu ilin ilk 6 ayı ərzində Tehrandan gündəlik ortalama 425 min barel xam neft ixrac edib. Ancaq bu göstəricidə də ötən ilin eyni dövrü müqayisədə 2% azalma müşahidə edilib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (BEA) iyulun 11-də yaydığı növbəti aylıq hesabatında Çinin İrandan ixrac etdiyi neftin miqdarının iyun ayında azaldığını və gündəlik 390 min barelə düşdüyünü açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR