«Böyük İpək Yolu» təşkilatı İstanbulda gənc sahibkarların beynəlxalq forumunu keçirir

«Böyük İpək Yolu» təşkilatı İstanbulda gənc sahibkarların beynəlxalq forumunu keçirir
# 05 dekabr 2013 08:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dekabrın 6-8-də İstanbulda (Türkiyə) «Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqı «Gənc sahibkarlar şəbəkəsi» adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək. Bu barədə «APA-Economics»ə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq konfransa 25 ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya, Yunanıstan, Macarıstan, İraq, İordaniya və s.) gələn gənc sahibkarlar qatılacaq.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstək verdiyi tədbirin açılışında Milli Məclisinin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının rəhbəri Fuad Muradov, İslam Konfransı Gənclər Forumunun nümayəndəsi Elməddin Musayev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Gənc MÜSİAD-ın vitse-prezidenti Yavuz Fəttahoğlu qatılacaqlar. Toplantının əsas məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələrdə fəaliyyət göstərən gənc sahibkarların şəbəkəsini yaratmaqdır.

Xatırladaq ki, «Böyük İpək Yolu» beynəlxalq təşkilatı 2012-ci il iyun ayında 25 ölkənin iştirakı ilə Bakıda təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR