Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8% artıb
# 12 dekabr 2013 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,5% düşüb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, noyabrda mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri, metal filizlərinin hasilatı və daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1% ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 8,2% bahalaşıb.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 2,4%, tikinti məmulatları üzrə 1,4%, ağac emalı və ağacdan məmulatları üzrə 1,3%, əczaçılıq məhsulları üzrə 1,1%, içkilər üzrə 0,7%, toxuculuq sənayesi üzrə 0,3%, neft məhsulları üzrə 0,2%, geyim istehsalı üzrə 0,1% ucuzlaşıb, elektrik avadanlıqlarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 2,4%, kimya sənayesi üzrə 2,2%, rezin və plastik kütlə məmulatları üzrə 1,8%, tütün məmulatları üzrə 1,3%, mebel istehsalı üzrə və metallurgiya sənayesi üzrə 0,8%, dəri və dəri məmulatları, ayaqqabılar üzrə 0,6%, kağız və karton istehsalı üzrə 0,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,2%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı və həmçinin kompüter, elektron və optik məhsulların istehsalı üzrə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR