Göyçayda piyadanı maşın vurub

Göyçayda piyadanı maşın vurub
# 28 fevral 2014 07:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda maşın piyadanı vurub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Göyçay şəhərinin Ə. Qarayev küçəsində qeydə alınıb. Rayon sakini Hüseynov Kənan Elman oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını yolu keçən piyadanı, 1982-ci il təvəllüdlü Şıxəliyeva Günay Malik qızını vurub. O, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR