Azərbaycanın bəzi yerlərində havanın temperaturu 15 dərəcəyə yüksələcək

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 15 dərəcəyə yüksələcək
# 21 yanvar 2014 09:52 (UTC +04:00)

Səhər və axşam bəzi yerlərdə çiskinli az yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-10 dərəcə isti olacaq.

Yanvarın 22-də Azərbaycanın şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR