Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfirliyi önündə baş verənləri pisləyib - FOTO

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfirliyi önündə baş verənləri pisləyib - <span style="color: red;">FOTO
# 12 noyabr 2013 00:20 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Polşadakı səfirliyi önündə baş verənlərə rəsmi Varşavadan reaksiya gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Polşa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marçin Voyçexovski milliyyətçi təşkilatlar tərəfindən təşkil olunan “Müstəqillik marşı” zamanı səfirlik binası önündə baş vermiş iğtişaşları pisləyib.

Qeyd edək ki, noyabrın 11-də Varşavada Polşanın müstəqillik gününə həsr olunmuş yürüşün iştirakçıları Rusiya səfirliyi önündəki polis postunu və yaxınlıqdakı zibil konteynerini yandırıb. Sonra səfirliyin binasına tərəf daş, şüşə qabları, fayer və petardalar atılıb.

Bir neçə nəfər binanın qapılarını sındırmağa cəhd edib. Səfirliyin hasarına “Kommunisləri rədd edin” və “Quldurların Qızıl ordusu” sözləri yazılmış şüarlar yapışdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR