Dow Jones indeksi 0,8%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,4% yüksəlib, Nasdaq 0,2% enib
# 07 noyabr 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 747 bəndədək, S&P 500 0,4% - 1 771 bəndədək yüksəlib, Nasdaq 0,2% - 3 932 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında noyabrın 6-da FTSE 100 indeksi 0,1% - 6 742 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 041 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 286 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 315,90 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3525 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR