Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,4% enib
# 12 dekabr 2013 07:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 15 844 bəndədək, S&P 500 1,1% - 1 782 bəndədək, Nasdaq 1,4% - 4 004 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında dekabrın 11-də FTSE 100 indeksi 0,2% - 6 508 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 077 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 087 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 255,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3791 dollar (+0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR