Bu il Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb

Bu il Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb
# 11 may 2013 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu ilin 4 ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.


Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, ilin əvvəlindən Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Belə ki, 836 oğlana Yusif adı verilib. Sonrakı yerlərdə Əli (573), Hüseyn (528), Ömər (443), Məhəmməd (403), Murad (372) və digər adlar gəlir.

Bu ilin dörd ayı ərzində doğulan qız uşaqlarına isə ən çox Zəhra adı verilib.

Belə ki, yeni doğulmuş 776 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerləri Nuray (670), Fatimə (596), Ayan (462), Aylin (417), Zeynəb (368), Xədicə (335) və digər adlar tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR