Rusiya,Ukrayna və Avropa Birliyi arasında qaz danışıqlarının beşinci raundu nəticəsiz başa çatıb

Rusiya,Ukrayna və Avropa Birliyi arasında qaz danışıqlarının beşinci raundu nəticəsiz başa çatıb
# 10 iyun 2014 04:04 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ettinqer belə deyib.

“Tərəflər yanlış hərəkətlərə yol verməməyə boyun olublar”, deyə Ettinqer bildirib.

Danışıqlar iyunun 10-u və yaxud 11-i davam edəcək. Beşinci raund çərçivəsində Ukrayna, Rusiya və Avropa Birliyi satılacaq qazın qiyməti, borcun ödənilməsi, qazın yeraltı anbarlara doldurulması və s. məsələləri müzakirə ediblər.

Qeyd edək ki, mayın 30-da Ukrayna Rusiyaya borcunun bir hissəsini - 800 milyon dollar ödəyib. Rusiya isə aprelin əvvəlindən Ukraynaya satılan qazın qiymətini 268 dolardan 485 dollara qədər artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR