İraq XİN rəhbəri: “İranın İraqa hərbi qüvvə göndərməsinə ehtiyac görmürük”

İraq XİN rəhbəri: “İranın İraqa hərbi qüvvə göndərməsinə ehtiyac görmürük”
# 24 iyun 2014 13:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın İraqa hərbi qüvvə göndərməsinə ehtiyac görmürük”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın xaric işlər naziri Huşyar Zibari bildirib.

Onun sözlərinə görə, İraqla İran arasında “İraq-Şam İslam Dövləti” (İŞİD) qüvvələrinə qarşı mübarizə aparılması məsələsində yardım göstərilməsi ilə bağlı müzakirələr olub: “Ancaq İraq öz xalqından başqa heç kimsənin bu ölkənin taleyinin müəyyənləşdirməsinə müdaxilə etməsinə icazə verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR