«Mobitel» «NETTY-2013»ün baş tərəfdaşlarındandır

«Mobitel» «NETTY-2013»ün baş tərəfdaşlarındandır
# 16 aprel 2013 11:48 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «MobiTel» şirkəti «NETTY-2013» Azərbaycan Milli İnternet Mükafatı layihəsinin baş tərəfdaşlarından biridir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «NETTY-2013» Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. Başqa oxşar tədbirlərdən fərqli olaraq «NETTY» mükafatı həm Azərbaycanda, həm ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Bu il mükafat 8-ci dəfə keçiriləcək.

«MobiTel» şirkəti milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir olan - «NETTY» layihəsinin baş tərəfdaşlarındandır. «MobiTel» şirkəti hər zaman Azərbaycanın ən yaxşı veb-layihələrinə və informasiya texnologiyaları sahəsində çalışan mütərəqqi gənclərə dəstək olmağa hazırdır», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR