Vəhşi və sahibsiz heyvanların oral yolla peyvəndlənməsi başa çatdırılıb

Vəhşi və sahibsiz heyvanların oral yolla peyvəndlənməsi başa çatdırılıb
# 09 aprel 2015 09:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Vəhşi və sahibsiz heyvanların oral yolla peyvəndlənməsi başa çatıb. Bu barədə APA-ya məlumat verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib ki, peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib: “50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər ("primanka") meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb”.

Y. Xanvəlinin sözlərinə görə, DBNX sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir: “Bu ilin 3 ayı ərzində 196 min 761 baş itdə bu tədbir həyata keçirilib. Aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq. Hazırda quduzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbirinə martın 16-da başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR