Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 7% artıb

Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 7% artıb
# 12 mart 2015 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 105 mln. 784,25 min manat həcmində vergi daxil olub.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 456,78 min manat və ya 6,5% çoxdur.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 14 mln. 922,4 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 82 mln. 494,5 min. manat, aksizlər üzrə 7 mln. 111,44 min manat manat, yol vergisi üzrə isə 1 mln. 255,92 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR