Nazir Samir Şərifov Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvü ilə görüşüb

Nazir Samir Şərifov Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvü ilə görüşüb
# 13 iyun 2016 14:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvü Metyu Foksu qəbul edib.


Nazirliyin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı ölkənin makroiqtisadi vəziyyəti, hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verilib, Azərbaycan ilə AİB arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb.

Tərəflər həyata keçirilən layihələr, o cümlədən Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi rayonları üzrə birgə maliyyələşdirilən su və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı işlərin gedişi, habelə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR