Almaniya hökuməti İraq kürdlərinə silah göndərmək məsələsini nəzərdən keçirir

Almaniya hökuməti İraq kürdlərinə silah göndərmək məsələsini nəzərdən keçirir
# 20 avqust 2014 14:06 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Almaniya hökuməti İraqa silah göndərmək məsələsini nəzərdən keçirir. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel, xarici işlər naziri Frank-Valter Ştaynmayer və müdafiə naziri Ursula fon der Lyaen arasındakı görüşdə müzakirə aparılıb.

Müdafiə naziri bildirib ki, Almaniya İraqın şimalındakı kürd döyüşçülərini silah və hərbi sursatla təchiz etməyə hazırdır. O qeyd edib ki, ilk əvvəl hansı silahları göndərməyin məqsədəuyğun olduğu araşdırılacaq. Son qərarın isə avqustun 27-də veriləcəyi deyilir.

Bundan əvvəl rəsmi Berlin İraqa humanitar yardım və zirehli geyimlərin çatdırılması barədə qərarını açıqlamışdı. Almaniya hökuməti bəyan edib ki, bütün yardım və dəstəyin məqsədi “İslam dövləti” qruplaşmasına qarşı mübarizədə kürd peşmərgələrinin hərbi gücünü artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR