Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub
# 21 sentyabr 2015 18:39 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Suriyanın paytaxtındakı səfirliyi qumbaraatandan atəşə tutulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

“Sentyabrın 20-ı, saat 09:00 radələrində Rusiyanın Dəməşq şəhərindəki səfirliyinin ərazisinə qumbaraatan mərmisi düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisəni qəti şəkildə pisləyir, terror aktı ilə bağlı regional tərəflər daxil olmaqla, beynəlxalq ictimaiyyətin mövqeyini gözləyirik”, bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin vurğulanır ki, səfirlik hökumətə qarşı mübarizə aparan silahlıların cəmləşdiyi Cobar bölgəsindən atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR