Bank Of Baku

Azərbaycanda miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanılan əcnəbinin axtarışda olduğu müəyyən edilib

Azərbaycanda miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanılan əcnəbinin axtarışda olduğu müəyyən edilib
# 02 iyul 2018 09:49 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkar edilib.

 

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını poz­duqları məlum olub. 

 

Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilməsinə şərait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb. Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin İnterpol xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.

 

Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

 

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR