Balakəndə iki motosiklet toqquşub, yaralılar var

Balakəndə iki motosiklet toqquşub, yaralılar var
# 16 iyun 2016 21:36 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə motosikletlərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 16-ı axşam saat 20:30 radələrində rayonun Qaysa kənd yolunda, Qaysa kənd sakinləri 1951-ci il təvəllüdlü Ömər Hacı oğlu Cırınqovun idarə etdiyi “Dnepr” markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə 1975-ci il təvəllüdlü Əli Kamil oğlu Ramazanovun idarə etdiyi eyni markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti qarşı-qarşıya toqquşub.

Qəza nəticəsində Ömər Cırınqov və Əli Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən hər iki yaralıya qapalı kəllə-beyin travması, beyin əziyi və sol ayağın baldırın sınığı diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR