Minskdə MDB VƏ Baltikyanı ölkələrin Dəmiryolu Nəqliyyatı Şurasının 62-ci toplantısı keçirilir

Minskdə MDB VƏ Baltikyanı ölkələrin Dəmiryolu Nəqliyyatı Şurasının 62-ci toplantısı keçirilir
# 20 may 2015 15:42 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. İclasın gündəliyinə bəzi məsələlər daxil edilib. Bunlara Şuranın 61-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində beynəlxalq sərnişin daşınmasının nəticələri, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki, 2014-cü ildə keçirilmiş konteynerlərin siyahıyaalınması və 2015-cü ildə yük vaqonlarının siyahıyaalınmasına hazırlıq, 2014-cü ildə və 2015-ci ilin birinci rübü ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında; Dəmir yolu administrasiyaları Məlumat-hesablama Mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası, şuranın 63-cü iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında və digər məsələlər daxildir.

Eyni zamanda, tədbir çərçivəsində dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlər də keçirilir.

Bu gün «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Vladimir Yakunin və «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov birgə Əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Memorandumda «Rusiya Dəmir Yolları» ASC və «Azərbaycan Dəmir Yolları» QSC arasında beynəlxalq sərnişin və yük daşınmasının təmin edilməsi sahəsində mövcud birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmir yolu nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmir yolu nəqliyyatı sahəsində qarşılıqlı sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sira müddəalar öz əksinin tapıb.

Memoranduma əsasən, Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, əməkdaşlığın əsas məqsədi Beynəlxalq Avrasiya «Şimal-Cənub» nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa istiqamətində daşıma həcminin artırılması üçün hər iki dövlətin tranzit dəmir yolu nəqliyyatı potensialından maksimum dərəcədə istifadə edilməsi, «Samur-Yalama» beynəlxalq sərhəd-keçid məntəqəsinin fəaliyyətinin gücləndirilməsi, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiq edilməsi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, Sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyən edilməsi, Yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həll edilməsi məqsədilə bir ay müddətində İşçi Qrupun yaradılması nəzərdə tutulur.

MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının 62-ci iclası sabah öz işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR