ADA universitetində 5ci İllik Beynəlxalq Festival baş tutub

ADA universitetində 5ci İllik Beynəlxalq Festival baş tutub
# 20 noyabr 2015 12:36 (UTC +04:00)

Bakı-APA. NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi olan Rumıniyanın Azərbaycandakı səfirliyi ADA universitetində 5-ci İllik Beynəlxalq festivalını təşkil edib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival 34 ölkə səfirliklərinin, Avropa İttifaqı nümayəndəsi və 39 ölkədən olan ADA tələbələrinin iştirakı ilə baş tutub.

Təqdimatda məqsəd Azərbaycan ictimaiyyəti, əsasən də gəncləri arasında NATO, habelə NATO –Azərbaycan əməkdaşlığının faydaları barədə məlumatlandırmaq məlumatlılığı artırmaq olub.

Qeyd olunur ki, Rumıniyanın Azərbaycandakı səfirliyi Avroatlantik dəyər və standartların Azərbaycanda irəli sürülməsinə önəm verir.

“Azərbaycanın müstəqilliyini dünyada tanıyan ikinci dövlət olaraq Rumıniya 2009-cu ildən rəsmi Bakı il strateji tərəfdaşlıq qurub və Azərbaycanın Avropa və avroatlantik institutlara inteqrasiyasını fəal şəkildə dəstəkləyir. Cənubi Qafqaz Şimali Atlantika Alyansı üçün strateji cəhətdən çox vacib olan regiondur,”-deyə məlumatda bildirilib

Qeyd edək ki, təqdimatda geniş ictimaiyyət iştirak edib. NATO ilə bağlı məlumat xarakterli materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR