Lənkəranda məsciddə baş vermiş insidentə görə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Lənkəranda məsciddə baş vermiş insidentə görə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 15 aprel 2013 15:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Lənkəran Rayon Məhkəməsində “Hüseyniyyə” məscidində baş vermiş insidentə görə, təqsirləndirilən İlkin Əsədov və İbrahim Azadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, 2012-ci il dekabrın 5-də Lənkəranda Kiçik Bazar ünvanında yerləşən “Hüseyniyyə” məscidində dini icma rəhbəri olan Həmdulla Əliyevlə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. H. Əliyev bundan sonra şikayət edərək, həmin şəxslərin onu döyərək xəsarət yetirdiklərini bildirib. Nəticədə məsələ ilə bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR