Moldova məhkəməsi azərbaycanlı yazıçını beş il müddətinə azadlıqdan məhrum edib

Moldova məhkəməsi azərbaycanlı yazıçını beş il müddətinə azadlıqdan məhrum edib
# 24 aprel 2015 13:51 (UTC +04:00)

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, Kişinyov məhkəməsinin verdiyi qərar yazıçı saxlanıldığı gündən qüvvəyə minəcək.

E. Bağırov Moldovada ictimai-siyasi sabitliyi pozmağa cəhddə, 2009-cu il aprelin 5-də keçirilən parlament seçkilərinin nəticələrinə təsir məqsədilə təxribatçı hərəkətlər törətməkdə günahkar bilinir.

"Aşiqlər", "İdealist” “Qastrobayter" romanlarının müəllifi olan E. Bağırov 2011-ci ilin iyununda tutulub və dörd ay Kişinyovda təcridxanada saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb.

Yazıçı oktyabrın 19-da Dnestryanı vasitəsilə Rusiyaya qaçdığı üçün rəsmi Kşinyov tərəfindən barəsində beynəlxalq axtarış elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR