Malidə hoteldə 27 nəfərin meyiti aşkarlanıb

Malidə hoteldə 27 nəfərin meyiti aşkarlanıb
# 20 noyabr 2015 17:55 (UTC +04:00)

Bakı-APA. Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR