Allahşükür Paşazadə: “Orucluq ayında iftardan əvvəl verilən ehsan haramdır” - VİDEO

Allahşükür Paşazadə:  “Orucluq ayında iftardan əvvəl verilən ehsan haramdır” - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 09:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə yas mərasimləri və iftar ehsanları ilə bağlı din xadimlərinə xəbərdarlıq edib.

APA-nın məlumatına görə, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayının gəlişi münasibəti ilə bu gün keçirilən tədbirdə bildirib ki, Orucluq ayı zamanı iftardan əvvəl verilən ehsanlar haramdır.

O qeyd edib ki, bu kimi ehsanların verildiyi məclislərdə iştirak edən, bu kimi ehsanlara fatihə verən mollalar da Allaha qarşı çıxmış, qiyam etmiş olur: “Bu şəriətə görə böyük günahdır. Buna əməl etməyən dindarlar cəzalandırılacaq. Mən burdan söz verirəm. Əgər həmin şəxslər orucluq ayı zamanı elə məclislərdə iştirak edəcəksə, elə ehsanların verilməsində fatihə oxuyacaqsa, biz onunla daha əməkdaşlıq etməyəcəyik. Necə ola bilər ki, sən hansısa bir imkanlı, yaxud vəzifəli adamın sözünü guya yerə salmayıb onun belə - iftardan əvvəl açdığı süfrədə iştirak edirsən, amma Allahı nəzərə almırsan? Axı Allah böyükdür! Belə hərəkət etmək isə Allaha qarşı çıxmaq deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR