APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G-20” çərçivəsində keçirilən sahibkarlar forumunda çıxışı zamanı deyib.
Ərdoğanın sözlərinə görə, hazırda Türkiyədə 2 milyonadək qaçqın var və dövlət onların güzəranının yaxşılaşdırılması üçün əlindən gələni edir.
“Biz insanıq və ölümdən qaçanların bombalar altında ölməsinə göz yuma bilmirik”, deyə Türkiyə prezidenti bildirib.