Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı yeni təkliflər paketi hazırlayıb

Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı yeni təkliflər paketi hazırlayıb
# 12 dekabr 2014 14:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödənişlərin həcminin azaldılması ilə bağlı yeni təkliflər paketi hazırlayıb.

Bunu “APA-Economics”ə müsahibəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavinin sözlərinə görə, sənəd artıq müvafiq orqanlara təqdim olunub.

S. Ələkbərov bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunub.

O, əlavə edib ki, təkliflərdə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub: “Burda həm stimullaşdırıcı tədbirlər, yəni nağdsız qaydada ödəniş edənlərə müəyyən güzəştlərin verilməsi nəzərdə tutulub. Eyni zamanda, müəyyən məhdudlaşdırıcı tədbirlər var. Yəni, hansısa bir məbləğə qədər ancaq nağd ödəmə ola bilər. Amma müəyyən məbləğdən sonra yalnız nağdsız ödənişlərlə əməliyyatlar aparılmasına icazə veriləcək. Bundan başqa, digər stimullaşdırıcı tədbirlər, müəyyən lotereyaların keçirilməsi, insanları nağdsız ödənişə həvəsləndirmək üçün bir sıra tədbirlər də nəzərdə tutulub”.

Nazir müavininin sözlərinə görə, yaxın vaxtlarda bu məsələlər öz həllini tapacaq. Onun fikrincə, bu tədbirlər vergi daxilolmalarının həcminin artmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR