Rusiya XİN: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatıq

Rusiya XİN: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginlikdən narahatıq
# 05 mart 2015 12:05 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, son vaxtlar qoşunların təmas xəttində atəşkəs rejimi mütəmadi olaraq pozulub: "Martın 1-nə olan son məlumata görə, atəşkəs rejimi növbəti dəfə pozulub. Təəssüf ki, itkilər var. Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. O, bununla bağlı xüsusi məruzə hazırlayacaq. Hesab edirəm ki, mövcud vəziyyətlə əlaqədar daha ətraflı məlumatı ATƏT-in monitorinq keçirən nümayəndələrindən almaq olar".

Diplomat tərəfləri gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb: "Tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına riayət etməyə çağırırıq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR