Lənkəranda quldurluq hadisəsi baş verib

Lənkəranda quldurluq hadisəsi baş verib
# 30 mart 2015 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Lənkəran rayonunda quldurluq edən iki nəfər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR