DSX rəisi: “Zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1186 mənzilin inşası həyata keçirilib”

DSX rəisi: “Zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1186 mənzilin inşası həyata keçirilib”
# 18 avqust 2015 09:15 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. “Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib”.

APA-nın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə verdiyi müsahibədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

Elçin Quliyev bildirib ki, 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və cari ildə inşaat işləri başa çatdırılıb, həmin şəhərcikdə 600-dən artıq mənzil güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR