Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
# 27 aprel 2015 08:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazax rayon sakinləri - 1976-cı il təvəllüdlü Musa Qoca oğlu Mirzəliyevdən 103,710 qram narkotik vasitə olan heroin aşkar olunub, ona narkotik vasitəni satmaqda şübhəli bilinən, 1974-cü il təvəllüdlü Həmid Rövşən oğlu Əliyev də tutulub.

Həmid Əliyevin müvəqqəti yaşadığı mənzildən əlavə olaraq 1 kiloqram 115 qram heroin və 465 qram tiryək aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR