Gəncədə qadın sirkə turşusu içərək intihara cəhd edib

Gəncədə qadın sirkə turşusu içərək intihara cəhd edib
# 05 iyul 2016 22:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qadın sirkə turşusu içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Tünzalə Qurbanova sirkə turşusu ilə kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T. Qurbanova intihar etmək məqsədi ilə sirkə turşusu içib. Yaxınları tərəfindən o dərhal tibbi xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR