Nazirlik: I Avropa Oyunlarının keçiriləcəyi yarış və təşkilati məkanlara optik kabellər çəkilib

Nazirlik: I Avropa Oyunlarının keçiriləcəyi yarış və təşkilati məkanlara optik kabellər çəkilib
# 23 aprel 2015 08:46 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bunu dövlət qəzetinə müsahibəsi zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov bildirib.

V.Zeynalov qeyd edib ki, Mingəçevir – Bakı istiqamətində rabitənin təşkili məqsədilə Mingəçevir Kür İdman Mərkəzindən Ağdaş və Yevlax istiqamətlərinə optik kabellərin çəkilişi, testi və ölçü işləri başa çatdırılıb və avadanlıqlar test şəraitində quraşdırılıb.

“Radiotezliklərin monitorinqi məqsədilə alınması nəzərdə tutulan 5 ədəd xüsusi avtomobildən artıq 2-si ölkəyə gətirilib, digər 3-nün isə bu ayın axırlarına qədər ölkəyə gətirilməsi nəzərdə tutulur”, - deyə V.Zeynalov əlavə edib.

Bundan başqa aparat rəhbəri bildirib ki, oyunların keçirildiyi məkan və arenalarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib.

“Həmçinin, ilk olaraq oyunlara həsr olunmuş 6 marka hazırlanaraq təqdimatı keçirilib. Nəzərdə tutulan qalan markaların hazırlanması üzrə işlər aparılır”, - deyə aparat rəhbəri bildirib.

Qurum rəsmisi I Avropa Oyunlarının rabitə ilə təşkili və informasiya təhlükəsizliyinin təmini üzrə işlərin davam etdirildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR