Neftçalada ev yanıb - VİDEO

Neftçalada ev yanıb - <span style="color: red;">VİDEO
# 22 avqust 2014 13:22 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynall - APA. Neftçala rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında Neftçala rayonunun Qaralı kəndidə qeydə alınıb. Həmin kəndin sakini, 33 yaşlı Aydın Arif oğlu Əliyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evi qəflətən alovlanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Evin alovlandığını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinə məlumat veriblər.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğı söndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsinə baxmayaraq, 2 mərtəbədən ibarət 4 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR