APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Beytüşşebap bölgəsində hərbçiləri daşıyan raket hücumuna qalıb. Nəticədə 1 hərbçi şəhid olub, 1 nəfər isə yaralanıb.
Şırnaq Hərbi Hospitalına gətirilən yaralı əsgərin müalicəsi davam etdirilir.
Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər PKK terror təşkilatının ərazidəki mövqelərini atəşə tutub.