“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində 141 nəfər ölüb - YENİLƏNİB

“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində 141 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 16 dekabr 2014 21:43 (UTC +04:00)

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.

Ölənlərdən 132 nəfər kursant, 9 nəfər isə müəllimdir.

Yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 9 nəfər silahlı şəxs zərərsizləşdirilib, 7 hərbçi yaralanıb.

Məlumata görə, silahlılar heç bir tələb irəli sürməyiblər və binaya daxil olan kimi şagirdləri qətlə yetirməyə başlayıblar.

ABŞ prezidenti Barak Obama və BMT baş katibi Pan Qi Mun hücumu pisləyiblər.

**** 18.03

Bakı – APA. “Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 130 nəfərə çatıb.

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.

Artıq yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 6 nəfər silahlı şəxs zərərsizləşdirilib.

*** 13.48

Bakı – APA. “Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.

Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.

Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir.

*** 12.11

Bakı. Zümrüd Paşayeva – APA. “Taliban” silahlıları Pakistanın Peşavər şəhərində yüzlərlə tələbə və müəllimi girov götürüblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ölkənin hüquq-mühafizə orqanları ən azı 6 silahlı şəxsin hərbi təmayüllü məktəbə daxil olduğunu bildiriblər.

Məktəbdə təxminən 500 tələbə və müəllimin olduğu söylənilir.

"Qəflətən atəş səsləri eşidildi, xaos yarandı, müəllimlər və şagirdlər qışqırmağa başladılar”, - deyə məktəb avtobusunun sürücüsü bildirib.

“Taliban” sözçüsü Məhəmməd Umar Xorasani isə taliblərin məktəbə daxil olduğunu təsdiqləsə də, onlara uşaqlara zərər yetirməmək barədə təlimat verildiyini bildirib. O qeyd edib ki, hədəfdə yalnız hərbi personaldır.

Son məlumatlara görə, hücum zamanı 12 nəfər ölüb, 40 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR