Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Ukrayna Ali Radasının (parlament) üzvü, AŞPA vitse-prezidenti Vladimir Aryevin mətbuatda yer alan Azərbaycan hakimiyyəti ilə bağlı çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.
“Rəsmi Kiyev iki ölkə arasında mövcud strateji tərəfdaşlıq kursunun gücləndirilməsini dəstəkləyir. Ukrayna tərəfi onun suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirir. Öz növbəsində, rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq səviyyədə həllinin xeyrinə çıxış edir”.
Ukrayna səfirliyi: “Vladimir Aryevin Azərbaycanla bağlı fikirləri onun şəxsi mövqeyidir”
26 iyun 2015 15:37 (UTC +04:00)
Xarici siyasət
Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsini sülh prosesinə maneə cəhdi kimi dəyərləndirib
14:28
17 may 2024
Rəsmi Bakı: Fransa üzr istəməsə, bu, münasibətlərdə daha mənfi təsirlərə gətirib çıxaracaq
12:30
17 may 2024
Deputat: Ermənistanın 4 mindən çox itkinimizi məcburi əməyə cəlb etməsinə dair çoxsaylı məlumatlar vardı
11:51
17 may 2024
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
11:44
17 may 2024