İranda baş verən yol qəzasında 19 əsgər ölüb

İranda baş verən yol qəzasında 19 əsgər ölüb
# 22 iyun 2016 12:31 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Kirman şəhərindən Şiraz şəhəri istiqamətində hərəkət edən avtobus Ney Riz bölgəsində dərəyə aşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində sərnişinlərdən 19 nəfəri həlak olub, 29 nəfəri yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağrıdır və ölənlərin sayının artacağı güman olunur.

Polis avtobus sürücüsünün idarəetməni itirdiyini və əsas yoldan çıxaraq dərəyə aşdığını ehtimal edir.


Hadisə zamanı ölənlərin hamısı Silahlı Qüvvələrin əsgərləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR