Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb
# 01 avqust 2014 08:47 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Tomsk şəhərinin hüquq-mühafizə orqanları cinayət törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını tutub.

Məlum olub ki, saxlanılan şəxs vətənində hərbi xidmətdən yayındığı üçün beynəlxalq axtarışa verilib.

Artıq Rusiya tərəfi Azərbaycan Daxili İşlər Nazirliyini həmin şəxsin saxlanılması haqqında məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR