Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Oktyabr - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2015 17:07 (UTC +04:00)

Aşura günü bir sıra müsəlman ölkələrində qeyd olunur. Aşuranın İslam aləmində mahiyyəti həmin ölkələrdə müxtəlif qaydalarla, müxtəlif görüntülərlə insanlara çatdırılır.

Azərbaycanda son illər İslamın əsl ənənələrinə uyğun olaraq bu mərasim daha çox xeyriyyə tədbiri kimi yerinə yetirilir. Çünki İslam dininin ən böyük şərtlərindən biri də məhz xeyriyyəçilik, savab qazanmaqdır. Bu gün ölkənin bir neçə məscidində keçirilən qanvermə aksiyaları da buna xidmət edir.

Aşuranın mahiyyəti yalnız bununla da bitmir. Bu gün həm də igidlik, əqidə, haqq-ədalət uğrunda mübarizlik, əzm, şəhadət günüdür. Vətənimiz, torpaqlarımız, azadlığımız uğrunda şəhid olmuş insanlarımızın xatirəsinin məhz Aşurada bir daha anılması, bu gün oxunan xütbələrdə onların ruhlarının yad edilməsi də bunun göstəricisidir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR