“Azərbaycan Dəmir Yolları”: I Avropa Oyunları zamanı ölkəyə gələn qonaqların qarşılanması və yola salınması üçün bütün tədbirlər görülüb

 “Azərbaycan Dəmir Yolları”: I Avropa Oyunları zamanı ölkəyə gələn qonaqların qarşılanması və yola salınması üçün bütün tədbirlər görülüb
# 12 mart 2015 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC bu yay Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşır.

Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyini rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, artıq dəmir yolu vağzalında və dəmir yolu boyunca mövcud olan bütün istiqamətverici göstəricilər ingilis və rus dillərində yazılıb: “Oyunlar zamanı Bakı dəmir yolu vağzalında miqrasiya şöbəsi açılacaq və ölkəyə təşrif buyuran bütün qonaqlar orada qeydiyyata alınacaq”.

N.Əzməmmədov deyib ki, artıq I Avropa Oyunları ilə bağlı bələdçilərə ingilis dili kursları təşkil olunur: “Bütün bələdçilərimiz 15 gündür ki, ingilis dilindən hazırlıq kurslarına gedirlər. Məlumat bürosunda çalışanlarla bərabər, tərcüməçilər də çalışacaq. Hazırlıq işlərimiz tam gücü ilə davam etdirilir. Bizim işimiz sərnişinləri qəbul edib, yola salmaqdır. Ölkəyə gələn bütün turistlər, idmançılar və qonaqların qarşılanması və yola salınması üçün bütün tədbirlər artıq həyata keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR